“Rusiya Azərbaycanın sülhməramlılarının ölümünün araşdırılması ilə bağlı bəyanatını nəzərə alıb”.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib.
Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında barışıq etibarlı təhlükəsizlik təminatları ilə müşayiət olunmalıdır.
“Bu gün Yevlax şəhərində keçirilən görüşdə rus sülhməramlıları kordinasiya vəzifəsini icra edib. Sülhməramlı qüvvələr Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına təsir göstərəcək. Onlar məsələnin tez bir zamanda həllinə dəstək verəcək. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanla da müzakirələri davam etdiririk. Bu vəziyyət sabitləşməyə keçəcəkdir”, - deyə birinci müavin vurğulayıb.