ABŞ işğal olunmuş ərazilərdən oğurlanmış mədəni dəyərləri, o cümlədən VI əsrə aid iki skif (türk) dəmir qılıncını (Akinak) Ukraynaya qaytarıb.
Teleqraf.com xəbər verir ki, Prezident Vladimir Zelenski ABŞ-a səfəri zamanı mədəni dəyərlərin Ukraynaya qaytarılması mərasimində iştirak edib.
Zelenskinin iştirakı ilə ABŞ daxili təhlükəsizlik naziri Alexandro Mayorkas və Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova müsadirə edilmiş artefaktların təhvil verilməsinə dair müvafiq sənədi imzalayıblar.
Ukrayna lideri bunda əməyi keçən hər kəsə təşəkkürünü bildirib: “Hər dəfə Ukraynaya nəyinsə, ruslar tərəfindən oğurlanmış bir şeyin qaytarılması, həyatın və ədalətin qaytarılması deməkdir, bu, çox vacibdir”.
2022-ci ilin iyununda ABŞ Gömrük və Sərhəd Mühafizə Xidməti XVII əsrin Avropasına aid 3 dəmir baltanı müsadirə edərək götürüb. Məlum olub ki, balta qanunsuz olaraq Ukraynadan Amerikaya aparılıb.
Həmin ilin iyununda Rusiyadan ABŞ-a qanunsuz gətirilən başqa artefaktlar da ələ keçirilib. XVII əsrə aid 3 çəngəl, VI əsrə aid 2 dəmir skif qılıncı və təxminən e.ə. 500-1200-cü illərə aid nizələr müsadirə edilərək götürülüb.
Artefaktların Ukraynanın ABŞ-dakı səfirliyinə təhvil verilməsi üçün müsadirə edildiyi bildirilib.