Mərakeş hökumətinin sözçüsü Mustafa Baytaş iki fransalı jurnalistin deportasiya edildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, sözçü jurnalistlərin ölkəyə turist kimi daxil olduqlarını, peşələrini bəyan etmədiklərini və icazə almadıqlarını bildirib.
Baytaş qeyd edib ki, sözügedən jurnalistlərin qanuna uyğun olaraq ölkələrinə geri göndərilməsi normaldır. Hökumət sözçüsü həmçinin əlavə edib ki, fransalı jurnalistlərin Mərakeşdəki zəlzələ ilə bağlı yaydıqları xəbərlərin bir qismi obyektiv deyil, amma onlara təzyiq göstərilməyib.
Mərakeş Milli Mətbuat Şurası sentyabrın 20-də ölkədə baş vermiş zəlzələ ilə bağlı xəbərlərində pozuntular müşahidə etdiyi Fransanın “Charlie Hebdo” jurnalı və “Liberation” qəzeti ilə bağlı şikayət ərizəsi verdiyini açıqlayıb.
“Liberation” Mərakeş kralı VI Məhəmmədin Fransanın yardım təklifinə cavab verməməsinə istinadla “Şəxsən mən heç nə hiss etmədim” sözlərinin qeyd olunduğu karikatura dərc edib. Nəşrin birinci səhifəsində isə mərakeşli zəlzələ qurbanları ələ salınıb.