Ukrayna silahlı qüvvələri Sevastopol şəhərinə raket zərbələri endirib.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qara dəniz donanmasının Sevastopoldakı qərargahına raket hücumu nəticəsində bir hərbçi həlak olub.
Nazirlik bildirib ki, Rusiyanın hava hücumundan müdafiə sistemləri Sevastopola hücumu dəf edərkən 5 raketi vurub.
Qanadlı raket hücumu nəticəsində Qara Dəniz Donanmasının tarixi qərargah binasına ziyan dəyib.