23 Sentyabr 2023 10:23
1 383
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov Baxmutun azad edilməsi planlarını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, onun sözlərinə görə, Baxmut yaxınlığındakı Kleschiyivkaya nəzarət bərpa olunacaq, bundan sonra qüvvələrimiz bu istiqamətdə ruslar üçün bütün təchizat yollarını kəsəcək:

"Növbəti addım Baxmuta gedən bütün təchizat yollarını bağlamaqdır. Əslində apardığımız əməliyyat rusların Baxmutu ələ keçirdikləri zamanki əməliyyatına çox bənzəyir. Yeganə fərq odur ki, onlar hələ də həmin cəbhədən hücumları həyata keçirirlər. Şəhəri mühasirəyə alıb sonra ora daxil olacağıq”.

Qeyd edək ki, Ukrayna Prezidenti Vladimir Zelenski Donetsk vilayətinin Baxmut və bir sıra digər yaşayış məntəqələrinin azad edildiyini açıqlamışdı.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər