Ukrayna Silahlı Qüvvələrinin aviasiyası son 24 saat ərzində, sentyabrın 23-də şəxsi heyətin, silahların və hərbi texnikanın cəmləşdiyi ərazilərə 9, Rusiya işğalçılarının zenit-raket komplekslərinə isə 7 zərbə endirib.
Teleqraf.com Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş Qərargahın səhər hesabatında mlumat verilib.
Bildirilir ki, raket qoşunlarının bölmələrinin qırıcıları şəxsi heyətin, silah-sursatın və hərbi texnikanın cəmləşdiyi 1 ərazini, 1 zenit-raket kompleksini, 8 artilleriya silahını və 1 düşmən radar stansiyasını vurub.
Eyni zamanda ruslar “Şahed-136/131” tipli kamikadze pilotsuz təyyarələrlə yenidən Ukrayna ərazisinə hücum ediblər. Hava Hücumundan Müdafiə Qoşunlarının işi nəticəsində 15 kamikadzedən 14-ü məhv edilib.
Həmçinin qeyd olunub ki, Rusiya qüvvələri həm Ukrayna qoşunlarının mövqelərinə, həm də mülki obyektlərə 5 raket və 57 hava zərbəsi endirib, çoxsaylı reaktiv yaylım atəş sistemlərindən 38 hücum həyata keçirib. Rusiyanın hücumları nəticəsində, təəssüf ki, dinc əhali arasında ölən və yaralananlar var. Şəxsi yaşayış evləri və digər mülki infrastruktura da ziyan dəyib.