"Ukraynanın NATO-ya daxil olması Birləşmiş Ştatların maraqlarına uyğun gəlməyəcək".
Teleqraf.com "Bloomberg" - ə istinadən xəbər verir ki, bunu 2024-cü il ABŞ prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyini irəli sürən Florida qubernatoru Ron DeSantis deyib.
“Bu, bizim üçün daha çox öhdəlik demək olacaq və əgər daha çox öhdəlik varsa, onda bizə nə fayda var?"
Desantis həmçinin qeyd edib ki, Vaşinqton Kiyev hakimiyyətinə sonsuz miqdarda vəsait verməməlidir.
Amerika mediasının Respublikaçılar Partiyasından prezidentliyə namizədliyi üçün ABŞ-ın keçmiş prezidenti Donald Trampın əsas rəqiblərindən biri hesab etdiyi Desantis iyul ayında Ukrayna böhranının ABŞ-ın əsas milli maraqlarına toxunan məsələlər arasında olmadığını bildirib.