24 Sentyabr 2023 20:43
372
12 Punto 14 Punto 16 Punto 18 Punto

Somalinin mərkəzində nəzarət-buraxılış məntəqəsində törədilən terror aktı nəticəsində ölənlərin sayı 21-ə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Somali polisi Əhməd Yare Adan bildirib.

“Binaların dağıntıları altında yeni meyitlər aşkar edildikdən sonra partlayış nəticəsində ölənlərin sayı 13-dən 21-ə yüksəlib”, - polis əməkdaşı açıqlayıb.

Bundan əlavə, azı 45 nəfər yaralanıb. İtkin düşənlərin axtarışı davam edir.

Qeyd edək ki, sentyabrın 23-də Beledveyn şəhərində nəzarət-buraxılış məntəqəsində partlayış baş verib. Kamikadze partlayıcılarla dolu yük maşını idarə edib. Hadisə nəticəsində onlarla insan kərpic və beton qalaqları altında qalıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər