24 Sentyabr 2023 23:57
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransa Nigerdə ​​hakimiyyəti ələ keçirmiş üsyançılarla hərbi əməkdaşlıqdan imtina edir və ilin sonuna qədər bu Afrika ölkəsindən ordusunu çıxarmaq niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron “TF1” və “France 2” telekanallarına müsahibəsində deyib.

“Biz hazırkı Niger hakimiyyət orqanları ilə hərbi əməkdaşlığa son verəcəyik, çünki onlar artıq terrorla mübarizə aparmaq istəmirlər. Bu, yaxın həftələrdə təşkil olunacaq və bu, əməkdaşlığın sonu deməkdir. Qarşıdakı həftələr və aylarda qoşunların nizamlı şəkildə çıxarılması zəruridir”, - Makron Niameydəki bazadan hərbçilərin çıxarılmasına toxunaraq bildirib.

O, qoşunların tam çıxarılmasının “ilin sonuna qədər” baş tutacağını açıqlayıb.

Makron Parisin “terrorizmlə mübarizədə qitəyə kömək etməyə davam edəcəyini” vəd edib və bunun yalnız bunu tələb edən rəsmi, qanuni hakimiyyətlərlə əməkdaşlıqdan ibarət olacağını vurğulayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər