Bazar günü naməlum şəxs Kubanın Vaşinqtondakı səfirliyinə iki “Molotov kokteyli” atıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Kubanın xarici işlər naziri Bruno Rodriqes Parrilla sosial şəbəkədə bildirib.
“Kubanın ABŞ-dəki səfirliyi iki “molotov kokteyl”i atan şəxs tərəfindən törədilən terror aktının hədəfinə çevrilib. Diplomatik missiyanın əməkdaşları arasında itki yoxdur", - nazir deyib.
Diplomat qeyd edib ki, bu, 2020-ci ildən bəri Kubanın ABŞ-dəki diplomatik missiyasına ikinci hücumdur.