Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya Ukrayna qüvvələrinin əks-hücumunu oktyabrın əvvəlinə qədər dayandırmağı əmr edib.
Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.
“Kremldəki mənbə bildirib ki, Putin Şoyquya oktyabrın əvvəlinə qədər cəbhə xəttindəki vəziyyəti yaxşılaşdırmaq, Ukraynanın əks-hücumunu dayandırmaq, həmçinin Rusiya qoşunlarının çəkildikləri mövqelərə qayıtmalarına başlamaq üçün bir ay vaxt verib”, - məlumatda deyilir.
ISW-yə görə, Rusiya hərbi komandanlığı baha başa gəlsə belə, Ukraynanın əks-hücumunu dayandırmaq üçün davamlı əks-hücumlara əmr verə bilər.
Bundan əlavə, ABŞ institutu bildirir ki, Putin ilk dəfə iyunun 9-da Ukraynanın əks-hücumundan danışıb.