Avropa Birliyi heç vaxt Ukrayna ərazisi olan Krımının Rusiya tərəfindən zəbt edilməsiylə razılaşmayacaq. Bu səbəbdən Rusiya Federasiyasına qarşı sanksiyalar yalnız Minsk razılıqlarının icrası halında təkrar nəzərdən keçirilə bilər.
Teleqraf.com-un məlumatına görə, müvafiq açıqlama ilə hazırda Avropa İttifaqına sədrliyi həyata keçirən Latviyanın baş nazıri Laymdota Strauyuma çıxış edib. Baş nazir qeyd edib ki, Ukrayna ərazisinin bir hissəsində hər hansı formada işğalı və anneksiyası birmənalı şəkildə yolverilməz, qəbuledilməzdir:
"Avropa İttifaqı, xüsusilə Baltika ölkələri, heç vaxt onunla razılaşmayacaqlar ki, Ukraynanın hissəsi ələ keçirilsin və Rusiyaya birləşdirilsin. Avropa Birliyi bu təcavüzə qarşı öz mövqeyini qəti ifadə edib. Əgər biz gələcək haqqında danışırıqsa, onda siyasi həlli tapmaq, Ukraynada və ya istənilən başqa ölkədə istənilən dondurulmuş münaqişənin qarşısını almaq çox əhəmiyyətlidir".
Nail Cəlil