26 Sentyabr 2023 08:18
1 617
12 Punto 14 Punto 16 Punto 18 Punto

Pekin başqa dövlətlərin təhlükəsizliyinə mənfi təsir göstərən hərbi blokların genişlənməsi əleyhinədir.

Teleqraf.com xəbər verir ki, bunu Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin (ÇKP MK) Siyasi Bürosunun üzvü, Xarici İşlər naziri Vanq Yi deyib.

"Biz hər bir tərəfin təhlükəsizliyi üçün əlverişli mühit yaratmalıyıq. Ümumi, hərtərəfli əməkdaşlıq və davamlı təhlükəsizlik konsepsiyasını müdafiə etməli, ölkələr arasında fikir ayrılıqlarının və mübahisələrin dialoq və məsləhətləşmələr yolu ilə həllində israrlı olmalı, qanuni təhlükəsizlik narahatlıqlarına qarşılıqlı hörmət etməli və özbaşına hərbi genişlənmə bloklarına və digər dövlətlərin ətrafında təhlükəsizlik məkanını sıxışdırmağa qarşı çıxmalıyıq”, - deyə o, Çin Xalq Respublikasının Dövlət Şurasında keçirilən brifinqdə deyib.

Vanq Yi hesab edir ki, beynəlxalq ictimaiyyət biotəhlükəsizlik, internet təhlükəsizliyi, məlumat və süni intellekt və digər sahələrdə əməkdaşlığı gücləndirməlidir: "Risklərin qarşısını almaq üçün birlikdə işləməliyik".

Vanq Yi həmçinin bildirib ki, qlobal iqtisadi inkişaf məsələləri yenidən beynəlxalq gündəmin əsas mövzusuna çevrilməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər