Teleqraf.com-un İTAR-TASS agentliyinə istinadən məlumatına görə, bunu Ermənistanın baş prokuroru Qevork Kostanyan bəyan edib.
“Cinayətkar Ermənistan ərazisində mühakimə ediləcək və hamının bu prosesi izləmək imkanı olacaq”, deyə Kostanyan bildirib.
Məlum olduğu kimi, Ermənistanın İstintaq Komitəsi Rusiyaya məxsus 102-ci hərbi bazasının hərbçisi V.Permyakovu Gümrüdə baş vermiş hadisə ilə bağlı müttəhim qismində mühakimə edilməsi qərara alıb.