27 Sentyabr 2023 08:27
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Kaliforniya ştatında silah və sursat vergiləri ikiqat artırılıb.

Teleqraf.com xəbər verir ki, məqsəd silah zorakılığının qarşısının alınması və dövlət məktəblərində təhlükəsizliyi artırmaqdan ibarətdir.

Bu gün Kaliforniya qubernatoru Gavin Newsom tərəfindən imzalanan qanun federal vergi dərəcəsi ilə dövlət vergisini də tətbiq edir. ABŞ-da silahın növündən asılı olaraq, silah və sursat satışına təxminən 10-11 faiz federal vergi tətbiq edilir.

Kaliforniya ştatı digər ştatlarla müqayisədə silah zorakılığı ilə bağlı ölümlər siyahısında sonuncu yerdədir.

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin 2021-ci il hesabatına görə, Kaliforniya ştatı silah zorakılığı nəticəsində ölüm hallarına görə 50 ştat arasında 43-cü yerdədir, hər 100 min nəfərə 9 ölüm.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər