27 Sentyabr 2023 11:53
1 281
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Baş Qərargah rəisi general Mark Millinin ölüm cəzasına layiq olacaq bir cinayət törətdiyi iddiasını irəli sürüb.

Teleqraf.com xəbər verir ki, Tramp prezidentliyinin son ayında Millinin çinli həmkarı ilə ondan xəbərsiz görüşdüyü üçün tənqid edib.

Onun sözlərinə görə, Baş Qərargah rəisi ondan xəbərsiz ABŞ prezidentinin fikirlərini Çinə çatdırıb:

“Bu o qədər dəhşətli bir hərəkətdir ki, keçmişdə cəzası ölüm olardı. Bu xain hərəkətin nəticəsində Çin və ABŞ arasında müharibə ola bilərdi”.

Milli 2021-ci ilin sentyabrında Senatın Silahlı Qüvvələr Komitəsinə verdiyi ifadəsində demişdi ki, Çin rəsmilərinə Trampın prezident kimi son həftələrində Çinə hücum etməyi planlaşdırmadığını açıq şəkildə bildirib:

“O vaxt mənim missiyam gərginliyi azaltmaq idi. Mesajım ardıcıl idi: sakit olun, sabit qalın və gərginliyi azaldın. Biz sizə hücum etməyəcəyik”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər