15 Yanvar 2015 00:38
1 327
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvarın 21-24-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumu keçiriləcək. Teleqraf.com xarici KİV-lərə istinadla xəbər verir ki, forumun iş günlərindən biri ekstremizmə qarşı mübarizə probleminə həsr ediləcək. Bunu Dünya İqtisadi Forumunun icraçı-direktoru və idarə heyətinin üzvü Filip Rösler mətbuat konfransında bildirib.

Filip Rösler bu yaxınlarda Fransada baş vermiş faciə ilə əlaqədar Forumun proqramına dəyişikliklər edilib-edilməyəcəyi barədə sualın cavabında deyib: “Yanvarın 23-nü biz bu məsələlərə həsr edəcəyik. Fransa Prezidenti Fransua Olland plenar iclasda çıxış edəcək. Sonra İordaniya kralı, İraqın baş naziri və nəhayət, ABŞ dövlət katibi Con Kerri də bu mövzuda çıxış edəcəklər. Bir sözlə, cümə günü bütünlüklə ekstremizmə qarşı mübarizə məsələlərinə həsr ediləcək”.

Forum çərçivəsində qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələrinin iştirakı ilə dini etiqad və radikal ekstremizm məsələlərinə həsr edilmiş bir sıra diskussiyalar keçiriləcək.

Xatırladaq ki, yanvarın 21-24-də İsveçrənin Davos şəhərində sayca 45-ci beynəlxalq iqtisadi forum keçiriləcək. Gözlənildiyinə görə, bu forumda 2500-ə yaxın biznesmen, siyasətçi, QHT nümayəndələri və ekspertlər, o cümlədən 50-yə yaxın dövlət və hökumət başçısı iştirak edəcək.

Türkiyənin baş naziri Əhməd Davudoğlu, Fransa Prezidenti Fransua Olland, Çinin baş naziri Li Ketsyan, Almaniyanın federal kansleri Angela Merkel, ABŞ dövlət katibi Con Kerri, İtaliyanın baş naziri Matteo Pentsi, İsveçrə prezidenti Simonetta Sommaruqa, CAR prezidenti Ceykob Zuma və başqaları foruma gəlmək niyyətlərini təsdiqləyiblər.


Müəllif:

Oxşar xəbərlər