27 Sentyabr 2023 17:02
1 110
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Senatının 15-dən çox üzvü qurumun Xarici Əlaqələr Komitəsinin sədri Robert Menendezi korrupsiya qalmaqalı ilə bağlı istefaya çağırıb.

Teleqraf.com xəbər verir ki, xüsusilə belə bir çağırış senator Kori Buker tərəfindən edilib.

Buker Menendezlə bağlı şok korrupsiya və digər narahatedici ittihamların olduğunu deyib.

Menendez özü indiyədək Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən istefa verməkdən imtina edib.

Ötən həftə ABŞ Ədliyyə Nazirliyi Menendezi və onun erməni əsilli həyat yoldaşı Nadina Arslanyanı korrupsiyada və Misirə gizli yardımda günahlandırıb. Bu gün cütlük ilk dəfə məhkəmə qarşısına çıxacaq.

Bob Menendez Azərbaycan və Türkiyəyə qarşı düşmən münasibət ilə seçilir. Son illərdə Senatda bu iki ölkəyə qarşı müzakirə olunmuş bütün layihələrdə onun da imzası olub.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər