27 Sentyabr 2023 22:09
1 723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna G-7 ölkələrindən İran və Suriyadakı dron zavodlarına zərbələr endirmək üçün silah vermələrini istəyib.

Teleqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “The Guardian” qəzeti məlumat yayıb.

Nəşr Ukrayna hakimiyyətinin avqustda G-7 ölkələrinin nümayəndələrinə təhvil verdiyi sənədə istinad edir. Ukrayna sənəddə İran və Suriyadakı dron zavodlarına, habelə Rusiyadakı potensial istehsal sahəsinə raket zərbələri endirmək təklifi verir. Ukrayna rus ordusunun İran dronları ilə ərazilərini hədəfə aldığını bildirir.

47 səhifəlik sənəddə vurğulanır ki, Qərbdən olan tərəfdaşlar lazımi sistemlərlə təmin edərsə, zərbələr Ukrayna Silahlı Qüvvələri tərəfindən həyata keçirilə bilər.

Eyni zamanda, Kiyev İranın “Şahid 131” və “Şahid 136” dronlarında Almaniya, Kanada, Hollandiya, Polşa, ABŞ və İsveçrə də daxil olmaqla, Qərb şirkətləri tərəfindən istehsal olunan ümumilikdə 100-dən çox elektron komponentin aşkar edildiyini bildirir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər