15 Yanvar 2015 02:50
1 082
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son günlər dünyanın bir çox ölkələrində potensial terrorçu sayılan bir sıra şübhəli şəxslərə qarşı sərt antiterror tədbirlərinin həyata keçirilməsi müşahidə olunur. Bu sırada Amerika Birləşmiş Ştatları da istisna deyil.

Belə ki, ABŞ-ın Ohayo ştatında Federal Təhqiqat Bürosunun əməkdaşları ABŞ Konqresinin binasında terror aktı planlaşdırmaqda şübhəli bilinən şəxsi saxlayıblar.

Teleqraf.com-un məlumatına görə, bu barədə "ABC" telekanalı xəbər verib.

Qeyd olunur ki, Kristofer Li Kornell adlı şəxs Konqresin binasına hücum edərək qanunvericilərə atəş açmaq, partlayış törətməyi planlaşdırırmış.

Yaxalanan şəxsin İŞİD-in üzvü olduğu və müvafiq terrorçu qruplaşmanın təlimatı ilə hərəkət etdiyi bildirilir.


Müəllif:

Oxşar xəbərlər