15 Yanvar 2015 03:42
862
12 Punto 14 Punto 16 Punto 18 Punto
ABŞ hökumətinin Ukraynaya borc və əlavə maliyyə köməyinin mümkünlüyü ilə bağlı zəmanətinə baxmayaraq, Kiyevin hələ də öz problemlərini həll eləməsindən ötrü silah-sursata ehtiyacı var.
Musavat.com-un xarici qaynağa istinadən verdiyi xəbərə görə, bu barədə amerikalı senator, ABŞ Konqresinin hərbi məsələlər komitəsinin sədri Con Makkeyn bildirib.
“Siz dollarların köməyi ilə insanlara güllə ata bilməzsiniz”, – deyə Makkeyn ABŞ Maliyyə Nazirliyinin Ukraynaya əlavə köməklə bağlı qərarına münasibət bildirərkən qeyd edib.
“Fakt ondan ibarətdir ki, onlar (Ukrayna sakinləri) özlərini müdafiə eləmək üçün hələ də zəruri silahlara malik deyillər. Ukraynalıların istənilən maliyyə yardımına ehtiyacları var, ancaq bu ölkədə problemi həll etməyəcək” - deyə, Makkeyn vurğulayıb.

Müəllif: