İran hakimiyyəti üçüncü hərbi peykin orbitə uğurla buraxıldığını elan edib.
Teleqraf.com xəbər verir ki, bu barədə "Skay Nyus" nəşri yazıb.
Nəşr qeyd edir ki, Tehranın bu addımı kosmik texnologiyaların nüvə silahı hazırlamaq üçün istifadə olunacağından qorxan Qərb ölkələri ilə münasibətlərin daha da gərginləşməsinə səbəb ola bilər.
İranın rabitə naziri İsa Zarepurun sözlərinə görə, "Nur-3" peyki Yer səthindən 450 km yüksəklikdə olub.