28 Sentyabr 08:00
663
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Maliyyə Nazirliyi İran, Çin, Honkonq və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan 5 müəssisəyə və iki şəxsə sanksiya tətbiq edib.

Teleqraf.com xəbər verir ki, adları sanksiyalar siyahısına əlavə edilən müəssisələr və şəxslər İrana pilotsuz uçuş aparatı (PUA) istehsalında yardım ediblər.

İrana “Şahid” PUA-sı istehsal etmək üçün cihazlar satan bu şəxs və müəssisələrin ABŞ-dakı hesabları dondurulacaq, onların Amerika ərazisinə daxil olmaları qadağan edilib.


Müəllif: Teleqraf.com