Ukrayna gecə saatlarında İranın “Şahid“ tipli pilotsuz təyyarələri tərəfindən kütləvi hücuma məruz qalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna ordusunun “Cənub” müdafiə qüvvələrinin sözçüsü Nataliya Humenyuk məlumat verib.
Onun sözlərinə görə, hücum müxtəlif istiqamətlərdən bir neçə zərbə dronlarının buraxılması ilə həyata keçirilib.
“Düşmən hücum PUA-larını müxtəlif istiqamətlərə, o cümlədən mərkəzi rayonlara yönəldib. Hücumun nəticələri kütləvi xarakter daşıdığından hələ də dəqiqləşdirilir. Amma hava hücumundan müdafiə sistemlərinin işi kifayət qədər səmərəli olub, 34 pilotsuz uçan aparat məhv edilib”, - Humenyuk bildirib.