29 Sentyabr 2023 17:37
3 412
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünyada hökm sürən hərbi-siyasi vəziyyət MDB-yə üzv dövlətləri yaranan təhdidlərə çevik reaksiya verə biləcək güclü Silahlı Qüvvələrə malik olmağa məcbur edir.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya müdafiə naziri Sergey Şoyqu deyib.

“Bu gün biz Böyük Vətən Müharibəsində xalqlarımızın qələbəsinin 80 illiyini qeyd etmək üçün birgə hazırlıqlara başlayacağıq, bu müharibədə alınan dərslər bu gün də aktualdır. Bunlardan başlıcası isə yaxşı təchiz edilmiş və təlim keçmiş silahlı qüvvələrin, çağırış və təhdidlərə adekvat cavab verməyə hazır olan Silahlı Qüvvələrin olmasıdır. Dünyadakı mövcud hərbi-siyasi vəziyyət bunu məcbur edir”, - nazir bildirib.

Şoyqu MDB ölkələrinə qlobal gündəliyi, müdafiə qurumlarının əməkdaşlıq məsələlərini, əməkdaşlığın genişləndirilməsi yollarını, onun ənənəvi istiqamətlərini gücləndirməyi və yeni istiqamətlərin axtarışını müzakirə etməyi təklif edib.


Müəllif: Mənsur Rəğbətoğlu