Fransa və Almaniyanın Ukraynanın Avropa İttifaqına üzvlüyü ilə bağlı planlarına baxmayaraq, rəsmi Kiyev ikinci dərəcəli üzvlüklə razılaşmayacağını açıq şəkildə bəyan edib.
Teleqraf.com xəbər verir ki, bunu Ukrayna baş naziri Denis Şmıqal deyib.
Onun sözlərinə görə, Kiyev Aİ-yə tamhüquqlu üzvlüyə namizəd olmağa can atır.
Fransa və Almaniya Aİ-yə tam üzvlüyün alternativ variantında israrlıdır. Bu, tədrici inteqrasiyanı nəzərdə tutur. Şmıqal Ukraynanın bu variantla razılaşmayacağını açıq şəkildə bildirdiyini söyləyib.
“Ukraynanın Avropa İttifaqının tamhüquqlu üzvü olması üçün hər cür səy göstəririk”, - baş nazir qeyd edib.
Şmıqal iki il ərzində Kiyevin Aİ-yə üzv olmağa tam hazır olacağına inandığını deyib. Eyni zamanda əlavə edib ki, Ukraynanın üzvlüyünün lehinə unikal arqumentləri var.