30 Sentyabr 2023 11:53
14 531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Etnoidman Konfederasiyasının prezidenti Bilal Ərdoğan Türkiyə müxalifətini tənqid edib.

Teleqraf.com xəbər verir ki, federasiya rəhbəri xalqın müxalifətə etimad etmədiyini söyləyib.

“Türkiyədə doğru ilə yanlışın mübarizəsinə bənzəyən bu qütbləşmə davam etdikcə, biz də müşahidə edəcəyik, oyaq olacağıq. Təəssüf ki, son 4-5 ildə İstanbul yaxşı idarə olunmadı. Yaxşı idarə edə bilməyəcəklərini bilirdilər, Ankaranın, hökumətin bir çox məsələlərdə onlara mane olduğunu deyirdilər. Niyə bunu deyirdilər? Guya vitse-prezident olacaqdılar, 8-9 nəfər birdən Beştəpədə vəzifə alacaqdı. Guya ssenari bu idi, bu onların arqumentidir. Deyirdilər ki, guya Ankara mane olduğu üçün edə bilmirlər, hakimiyyəti bizə verin, sonra görəcəksiniz. Amma millət yenə iqtidarı sizə vermədi. Bunu deyin, əgər bacarırsınızsa”, - Ərdoğan bildirib.

O, adını çəkmədən İstanbul böyükşəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlunu da tənqid edib:

“Cənab prezidentimiz 1994-cü ildə İstanbul böyükşəhər bələdiyyəsinin sədri olanda Ankara həqiqətən də ona mane olsa da, bunu bəhanə etmədi. O nə etdi? Hər gün xidmətlə məşğul olurdu. Hər gün vətəndaşlarının yanında idi.

Deyir, tətil, yatmaq mənə yaraşır. Nə vaxt darda olsa, Bodrumdan, bilmirəm, haradan çıxır. İstanbulu belə idarə etmək olmaz. İstanbulu sevən adamın gözü kənarda olmaz. Ona görə də biz həmişə İstanbulun bələdiyyə sədri kim olur-olsun, 1994-cü ildə İstanbul bələdiyyə başqanı olmuş Tayyib Ərdoğanla müqayisə edəcəyik. O zamanla ölçəcəyik. Vədlərinə əməl edib-etmədiyini, İstanbulla yatıb-qalxdığını soruşacağıq. Amma bu adam öz işini görmədi. Bu adam gözünü Ankaraya dikib. Bu adam CHP başqanı, prezident olacaq? Ömrümüz bunları gözləməklə keçəcək”.

Qeyd edək ki, Bilal Ərdoğan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğludur.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər