Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Birləşmiş Ərəb Əmirliyinə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər nazirliyi açıqlama yayıb.
Bildirilir ki, Bayraktar Abu Dabi Beynəlxalq Neft Sərgisi və Konfransında iştirak edəcək.
Konfrans çərçivəsində nazir Birləşmiş Ərəb Əmirliklərinin hökumət rəsmiləri və dünyanın aparıcı enerji şirkətlərinin yüksək səviyyəli rəhbərləri ilə görüşəcək.