Türkiyənin Ankara şəhərində terror aktı törədilib.
Teleqraf.com-un məlumatına görə, hadisə Türkiyə Daxili İşlər Nazirliyinin binası yaxınlığında baş verib.
Qeyd edək ki, Türkiyənin Ankara şəhərində yerləşən Böyük Millət Məclisinin və nazirliklərin yerləşdiyi İsmət İnönü Bulvarında səhər saatlarında partlayış və silah səsləri eşidilib.
Partlayış səslərinin Daxili İşlər Nazirliyinin yaxınlığında baş verdiyi bildirilib.
Türkiyə daxili işlər naziri Əli Yerlikaya açıqlamasında bildirib: "Saat 09:30 radələrində Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin giriş qapısına avtomobillə gələn 2 terrorçu terror aktı törədib. Terrorçulardan biri özünü partladıb, ikincisi zərərsizləşdirilib. Atışma zamanı 2 polis əməkdaşı yüngül xəsarət alıb".
Teleqraf.com hadisənin görüntülərini təqdim edir.