Pakistanın əyalətlərində əyalətlərində həyata keçirilən terror aktlarında həyatını itirənlərin sayı 65-ə yüksəlib.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, terror aktı Pakistanın iki əyalətində -Bəlucistan və Haybərdə baş verib.
Sentyabrın 29-da Bəlucistan əyalətinin Mastunq bölgəsindəki məscidin yaxınlığında Mövlud Kandili üçün toplaşan vətəndaşların cəmləşdiyi ərazidə terror aktı, Hayber Paxtunxvan əyalətinə bağlı Hanqu bölgəsindəki məsciddə isə intiharçı hücum həyata keçirilib.