Braziliya prezidenti Luiz İnasio Lula da Silva müalicə aldığı xəstəxanadan evə buraxılıb.
Teleqraf.com xəbər verir ki, prezident bu barədə X sosial şəbəkəsində (keçmiş tvitter) yazıb.
“Məni evə buraxdılar və artıq Alvorada sarayındayam. Bir neçə həftə burada işləyəcəyəm. Dualara və bütün gözəl sözlərə görə təşəkkür edirəm. Braziliya üçün daha da çox çalışmaq və marafonda qaçmaq üçün sağalıram”, - dövlət başçısı yazıb.
Qeyd edək ki, Luiz İnasio Lula da Silvanın bud sümüyündən əməliyyat olunduğu üçün işinə ara vermişdi.
Oktyabrda prezidentin 78 yaşı tamam olacaq.