2 Oktyabr 2023 10:07
1 764
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Vaqner” qruplaşmasının muzdluları naməlum vəziyyətdədir. Yevgeni Priqojinin ölümündən sonra şəxsi hərbi kompaniyaya kimin rəhbərlik edəcəyi ilə bağlı ciddi mübahisələr var.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu bildirib.

Sentyabrın 29-da Rusiya Prezidenti Vladimir Putin “Vaqner”in keçmiş komandiri və Müdafiə Nazirliyinin indiki əməkdaşı Andrey Troşevi açıq şəkildə qəbul edib. Rusiya lideri və Troşev əsasən Ukraynada döyüş tapşırıqlarını yerinə yetirən yeni könüllü birləşmələrin formalaşdırılmasını müzakirə edib. “Vaqner”in bəzi üzvləri Putinin Troşevi qəbul etməsinə mənfi reaksiya veriblər. Artıq başsız qalmış “vaqnerçilər”in özlərinə yeni lider seçmələri haqda məlumatlar var.

Teleqram kanalları dünən Yevgeni Priqojinin 25 yaşlı oğlu Pavlo Priqojinin “Vaqner”in komandanlığını öz üzərinə götürdüyünü və muzdluları geri qaytarmaq üçün Rusiya Qvardiyası (“Rosqvardiya”) ilə danışıqlar apardığını bildiriblər. “Vaqner”ə yaxın mənbə deyib ki, qruplaşma üzvləri artıq Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlamalı olmayacaqlar, onlar öz adlarını, simvollarını, ideologiyalarını, idarəetmə sistemlərini və mövcud standart işlərini saxlayacaqlar.

Rus mənbələri isə Pavlo Priqojinin müstəqil aktor olmadığını və “Vaqner”in Təhlükəsizlik Xidmətinin rəhbəri Mixail Vataninin təsiri altında olduğunu iddia edirlər.

Başqa bir mənbə isə bildirir ki, “Rosqvardiya” rəhbəri Viktor Zolotov “Vaqner”i ayrıca bölməsi kimi “Rosqvardiya”ya qoşulmasına icazə verməyi düşünür. Pavel Priqojin “Vaqner”in “Rosqvardiya” ilə necə işləyə biləcəyini şərh etməyib.

Kremlin “vaqnerçilər”lə Rusiya hökuməti arasındakı münasibətlər haqda nə düşündüyü bəlli deyil. Rusiya Qvardiyası bilavasitə Rusiya prezidentinin administrasiyasına tabedir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər