2 Oktyabr 2023 21:08
2 134
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Müdafiə Nazirliyi (Pentaqon) İranın iki həftədən çox olmayan müddətdə nüvə silahı əldə etmək üçün kifayət qədər resursunun olduğunu iddia edir.

Teleqraf.com xəbər verir ki, açıqlamada molla rejiminin öhdəliklərini pozduğu bildirilib.

Pentaqonun bildirdiyinə görə, Tehrandakı rejim nüvə silahına ehtiyacı olduğuna qərar verərsə, onu əldə etmək üçün cəmi iki həftə vaxt lazım olacaq. Eyni zamanda Amerika tərəfi bəyan edib ki, hazırda İran nüvə silahı əldə etməklə məşğul deyil, amma bunun üçün bütün imkanları var.

ABŞ-ın hərbi-siyasi rəsmilər həmçinin hesab edirlər ki, İran kimyəvi silahlara nəzarətlə bağlı öhdəliklərinə əməl etmir. Tehran hazırkı sazişdə nəzərdə tutulan kimyəvi silah istehsalına dair tam bəyannamə təqdim etməyib.

Pentaqon İranın kütləvi qırğın və kimyəvi hücum silahları hazırlamaqla məşğul olmasından narahatdır.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər