3 Oktyabr 00:46
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ prezidenti Co Bayden müttəfiq ölkələrin başçılarını Vaşinqtonun Kiyevə davamlı dəstəyinə inandırmaq üçün yaxın zamanlarda onlara zəng etmək niyyətindədir.

Teleqraf.com xəbər verir ki, bu barədə "Bloomberg" Ağ Evdəki mənbəyə istinadla məlumat yayıb.

Agentlik vurğulayıb ki, ilk zəng oktyabrın 3-də baş tuta bilər, ancaq Ağ Evin mətbuat katibi Karin Jan-Pyer hazırda müttəfiqlərə zənglərlə bağlı hər hansı anons etmək istəməyib.

Bundan əvvəl Co Bayden bəyan etmişdi ki, Vaşinqton Ukraynaya dəstəyi dayandırmaq fikrində deyil.


Müəllif: Mahir