Çeçenistan başçısı Ramzan Kadırov qızı Ayşət Kadırovanın Çeçenistan Baş nazirinin müavini vəzifəsinə təyin edilməsi qərarını dəstəkləyib.
Teleqraf.com xəbər verir ki, bunu Ramzan Kadırov teleqramda açıqlayıb.
Hökumətin iclasında Baş nazir Müslüm Xuçiyev 1998-ci il təvəllüdlü Ayşət Kadırovanın Çeçenistan hökuməti sədrinin sosial məsələlər üzrə müavini vəzifəsinə təyin edilməsini təklif edib.
“Müslüm Xuçiyevin təkliflərini dəstəklədim. Ayşət Kadırova regional Mədəniyyət Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsinə böyük töhfə verib və mühüm iş təcrübəsi toplayıb. Musa Dadayev (artıq Çeçenistanın keçmiş baş nazirinin müavini – red.) də idarənin işini müsbət istiqamətdə davam etdirə biləcək görkəmli peşəkar kimi özünü təsdiq edib”, - Kadırov vurğulayıb.
Ayşət Kadırova 22 yaşında respublikanın mədəniyyət naziri vəzifəsinə təyin olunmuşdu.