ABŞ senatorlarından ibarət nümayəndə heyəti gələn həftə Çinə səfər edəcək.
Teleqraf.com xəbər verir ki, səfər çərçivəsində Çin lideri Si Cinpinlə də görüşü nəzərdə tutulur.
Nümayəndə heyətinə hər iki partiyanın - Demokrat və Respublikaçıların nümayəndələri daxil olacaq. ABŞ Senatındakı demokrat çoxluğun lideri Çak Şumerin də Çinə gedəcəyi gözlənilir.
Parlamentarilərin Çin lideri ilə danışıqlarının əsas müzakirə mövzularından biri “Micron Technology”nin fəaliyyəti olacaq.
Nümayəndə heyəti həmçinin Şanxayda Amerika işgüzar dairələrinin nümayəndələri ilə görüşməyi və onlarla Amerika şirkətləri üçün Çindəki investisiya mühiti ilə bağlı narahatlıqları müzakirə etməyi planlaşdırırlar.
Si Cinpinin xarici qanunvericilərlə görüşü rəsmən təsdiqlənməyib.