3 Oktyabr 13:28
2 421
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın keçmiş kansleri Angela Merkel Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla bağlı xatirələrindən danışıb.

Teleqraf.com xəbər verir ki, Merkel Ərdoğana səlahiyyət müddəti ərzində Almaniyada daimi yaşayan hər kəsin kansleri olduğunu dediyini vurğulayıb.

“Türkiyə Prezidenti Ərdoğanla bu mövzuda çox danışmışam”, - sabiq kansler bildirib.

Merkel danışıqlarda Almaniyada yaşayan ikinci və üçüncü nəsil türk kökənlilərdən kimin məsuliyyət daşıdığı məsələsinin gündəmə gətirildiyini açıqlayıb: “Bunu həmişə demişəm, onların kansleri mənəm”.


Müəllif: Mənsur Rəğbətoğlu