3 Oktyabr 2023 17:02
1 548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Cinayətlər Məhkəməsinin Roma Statutunun Ermənistan üçün ratifikasiyası hüquqi suverenliyin itirilməsindən başqa bir şey demək deyil.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Federasiya Şurası sədrinin müavini Konstantin Kosaçev Ermənistan parlamentinin sözügedən statutu təsdiqləməsini şərh edərkən deyib.

"Roma Statutunun hər hansı dövlət üçün ratifikasiyası hüquqi suverenliyin itirilməsindən başqa bir şey demək deyil ki, bu da özlüyündə alçaldıcıdır. Məhz bu səbəbdən həqiqi suveren dövlətlər, o cümlədən Rusiya, ABŞ, Hindistan, Çin, Türkiyə, Səudiyyə Ərəbistanı, İsrail, İran və başqaları Beynəlxalq Cinayətlər Məhkəməsinə qoşulmur", - Rusiya rəsmisi bildirib.

Kosaçev bunun Azərbaycanla bağlı olmadığını, Ermənistanıniddialarının yalan olduğunu söyləyib.

"Gələcəkdə bugünkü ratifikasiya qərarı Ermənistan hakimiyyətinin öz əleyhinə çıxa bilər", - Kosaçev əlavə edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər