4 Oktyabr 2023 01:38
974
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Konqresinin Nümayəndələr Palatası Kevin Makkartinin spiker vəzifəsindən azad edilməsinə səs verib.

Teleqraf.com xəbər verir ki, qərarın lehinə 216 nəfər səs verib, 210 nəfər bunun əleyhinə çıxıb.

Qeyd edək ki, Makkartinin tutduğu vəzifədən azad edilməsi təklifini Respublikaçılar Partiyasının nümayəndəsi Mett Qaetz irəli sürüb. Səbəb Amerika hökumətini maliyyələşdirmək üçün qanunvericiliyin qəbulunun ləngi olub. Nümayəndələr Palatası Patrik Makhenrini müvəqqəti spiker təyin edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər