İranlı 16 yaşlı Armita Geravand hicab taxmadığı üçün Tehran metrosunda “əxlaq polisi” tərəfindən həbs edildikdən sonra aldığı ağır xəsarətlər səbəbindən komaya düşüb.
Tekeqraf.com xəbər verir ki, bu barədə müstəqil insan haqları təşkilatı “Hengaw” məlumat yayıb.
Olay oktyabrın 3-də baş verib.
“Əxalaq polisi” onu platformada saxlayıb, başını örtməsini tələb edib. Qız imtina etdikdə kobud güc tətbiq edilib, nəticədə ağır xəsarətlərlə hərbi xəstəxanaya yerləşdirilib.
Aidiyyəti qurumlar xəsarətlərin polis tərəfindən törədildiyini inkar etsə də, “Hengaw” fəalları bunun əksini deyirlər.
Kamera görüntülərində Armitanın iki nəfərlə qatara necə yaxınlaşdığı görünür. Hadisə onlar qatara minməzdən əvvəl baş verib.
Təşkilat bildirir ki, Armita Geravandinin işi ötən ilin sentyabrında 22 yaşlı Məhsa Əmininin oxşar şəraitdə “əxlaq polisi”nin zorakılığı nəticəsində öldüyü zaman olduğu kimi, böyük ictimai səs-küyə səbəb ola bilər. Olay aylarla molla rejimi əleyhinə davam edən kütləvi nümayişlərə səbəb olmuşdu.