15 Yanvar 2015 15:06
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının internetə yerləşdirdiyi videoda göstərilən iki nəfər Qazaxıstan vətəndaşı deyil".

Teleqraf.com BBC-ə istinadən xəbər verir ki, bunu Qazaxıstanın Milli Təhlükəsizlik Komitəsi bəyan edib.

Komitənin mətbuat xidmətindən bildirilib ki, araşdırma videoda öldürülən şəxslərin Qazaxıstan vətəndaşı olmadığını təsdiqləyib.

Qeyd edək ki, internetə yerləşdirilmiş videoda Rusiya xeyrinə casusluq etdiyi deyilən iki kişi qətlə yetirilib. Videonun həqiqiliyi təsdiqlənməyib. Bəzi ekspertlər onun səhnələşdirildiyini hesab edirlər.

Samir


Müəllif: