Slovakiya Prezidenti Zuzana Çaputova yeni parlament çağırılana qədər Ukraynaya hərbi yardımı dayandırmaq qərarına gəlib.
Teleqraf.com xəbər verir ki, bu barədə Slovakiya liderinin sözçüsü Martin Strijinets məlumat verib.
Onun sözlərinə görə, prezident keçmiş baş nazir Robert Fitsonun Ukrayna əleyhinə olan (əslində rusiyapərəst) “İstiqamət: Sosial-Demokratiya” (Smer-SD) Partiyasının qalib gəldiyi parlament seçkilərinin nəticələrinə hörmətlə yanaşır.
Keçmiş baş nazir seçicilərə Ukraynaya bir dənə də olsun, mərmi verməyəcəyinə söz verib.
Çaputova ona cavabında bildirmişdi ki, bu partiyanın mövqeyini görməzdən gəlmək gələcək üçün pis presedentdir.