İspaniyanın Qranada şəhərində Fransa Prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şolz, Avropa İttifaqı Şurası rəhbəri Şarl Mişel və Ermənistan Baş naziri Nikol Paşinyanın iştirakı ilə qeyri-formal görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, görüşdə tərəflər azərbaycanlı həmkarları Prezident İlham Əliyev olmadan Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması məsələsini müzakirə ediblər.
Qeyd edək ki, Azərbaycan İspaniyanın Qranada şəhərində oktyabrın 5-nə planlaşdırılan beştərəfli görüşdən imtina edib.