Rusiya qüvvələri Odessanın cənubuna İran PUA-ları (“Şahid” tipi) ilə zərbə endirib.
Teleqraf.com xəvbər verir ki, PUA-lar Krım yarımadasından buraxılıb.
Dronlardan 11-i cənubda, 3-ü Odessa, 8-i Nikolayev vilayətində vurulub. Ukraynalı hərbçilərin sözlərinə görə, Rusiya PUA-ları mürəkkəb manevrlər taktikasından istifadə edib.
Xüsusilə, Dunayın sərhəd və liman infrastrukturu hücuma məruz qalıb, taxıl anbarında yanğın baş verib.
Odessa regional hərbi administrasiyasının rəhbəri Oleq Kiperin açıqlamasına görə, pilotsuz təyyarənin hücumu üç saat yarım davam edib.
Ruslar İzmail rayonunun sərhəd və liman infrastrukturunu da hədəfə alıblar.
Ümumilikdə gecə ərzində 25 "Şahid" tipli PUA Ukrayna ordusunun qüvvə və vasitələri tərəfindən məhv edilib.