Türkiyə Müdafiə Nazirliyi Suriyanın şimalında hərbi baza ərazisinə edilən terror hücumundan sonra görülən cavab tədbirləri nəticəsində 26 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb.
Teleqraf.com xəbər verir ki, açıqlamada dünən gecə saatlarında “Fərat Qalxanı” əməliyyatı zonasındakı Dabik hərbi bazasının terrorçuların hücumuna məruz qaldığı bildirilib.
Açıqlamada türk hərbçilərinin terror aktına sərt cavab verdiyi qeyd olunub.
“Bölgədəki terrorçu hədəflərə cavab atəşlərində 26 PKK/YPG terrorçusu zərərsizləşdirilib”, - nazirlik vurğulayıb.