Türkiyə xarici işlər naziri Hakan Fidanın terrorla mübarizədə sərt addımlar atılacağı mesajı dünya mətbuatında geniş əks-səda doğurub.
Teleqraf.com xəbər verir ki, BƏƏ-nin “Al Arabiya” kanalı Fidanın açıqlamasına geniş yer verib.
ABŞ-da fəaliyyət göstərən “Al Monitor” saytının dərc etdiyi məqalədə Türkiyənin baş diplomatının üçüncü tərəflərə sərt xəbərdarlıq etdiyi qeyd edilib.
Hakan Fidanın mesajı Britaniyanın “Reuters” agentliyinin də gündəmində olub. Məqalədə PKK terror təşkilatının Suriyadakı uzantısı YPG-nin Vaşinqtonla Ankara arasında gərginliyə səbəb olduğu vurğulanıb.
Qətərin “Al Jazeera” telekanalı Fidanın Türkiyənin təcavüzkarlara cavablarının sərt və qətiyyətli olacağına dair sözlərinə diqqət çəkib.
Yunanıstanın “Capital” saytı da xarici işlər nazirinin Ankarada terror aktı törədənlərin Suriya üzərindən gəldiyinə dair açıqlamasına yer verib.
Hakan Fidan bundan əvvəl PKK/YPG terror təşkilatının bütün infrastruktur, obyekt və mövqelərinin bundan sonra legitim hədəf olduğunu söyləyib.
“Üçüncü tərəflərə PKK-YPG obyektlərindən və şəxslərdən uzaq durmağı tövsiyə edirəm. Silahlı qüvvələrinin terror hücumuna cavab qəti olacaq, bunu etdiklərinə görə peşman olacaqlar”, - nazir bildirib.
PKK oktyabrın 1-də Ankarda terror aktı törədib. Olay zamanı iki polis yaralanıb. Terrorçulardan biri yaralanarkən, biri ölüb.