ABŞ Prezidenti Co Bayden noyabrda çinli həmkarı Xi Cinpinlə görüşməyi planlaşdırır.
Teleqraf.com xəbər verir ki, bu barədə “Vaşinqton Post” məlumatı yayıb.
Bildirilir ki, Ağ Ev gələn ay San-Fransiskoda Prezident Co Bayden və Xi Cinpin arasında təkbətək görüş keçirməyi planlaşdırır. Görüş iki ölkənin problemli münasibətlərini sabitləşdirmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, dünyanın iki ən böyük iqtisadiyyatı arasındakı əlaqələr son illərdə Tayvan, COVID-19 pandemiyası, casusluq iddiaları, insan hüquqları problemləri və ticarət tarifləri də daxil olmaqla bir sıra məsələlərə görə gərginləşib.