6 Oktyabr 2023 22:39
3 012
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilatının Suriya qolu YPG-nin liderlərindən Saleh Müslüm günlərdir İraq və Suriyanın şimalında intensiv əməliyyatlarla terrorçulara göz açmağa imkan verməyən Türkiyədən Qərbə şikayət edib.

Teleqraf.com xəbər verir ki, baş terrorçu əməliyyatların intensivləşməsindən sonra çətin durumla üzləşdiklərini etiraf edərək, Qərbi Türkiyəni dayandırmağa çağırıb və Suriya üzərində uçuşlara qadağa qoyulmasını istəyib.

“Oktyabrın 4-dən Türkiyə dövləti Şimali və Şərqi Suriyaya hücum edir. Xarici işlər naziri Fidan “Onların bütün infrastrukturuna və obyektlərini vuracağıq” deyərək hədələyib. Dünəndən bəri dayanmadan davam edirlər”, - Müslüm bildirib.

Terrorçu türk ordusunun PKK/YPG-nin bir çox obyektlərini sıradan çıxardığını söyləyib.

Müslüm yalvarışlarının davamında bunları da sözlərinə əlavə edib:

“Suriya üzərində uçan döyüş təyyarələrinin qarşısı alınarsa, özümüzü müdafiə edə biləcəyimizə ümid edirik”.

Oktyabrın 1-də Ankarada törədilən xain terror aktından sonra Türkiyə Suriya və İraqın şimalında terrorçuların hədəflərini vurmağa başlayıb. Hazırda antiterror əməliyyatları davam edir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər