Ukrayna ordusu Melitopol və Baxmut istiqamətlərində hücum əməliyyatını davam etdirir.
Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
“Ukrayna əsgərləri Kopaneyin şimalında və Novoprokopovkanın şimalında uğur qazanıb. Baxmut istiqamətində hücum əməliyyatları zamanı Donetsk vilayətinin Andreevkasının şərqində əks hücumlarımız davam edir. Xerson istiqamətində Odessa komanda-nəzarət hissəsinin məsuliyyəti zonasında müdafiə qüvvələri əks batareya döyüşü aparır, anbarları məhv edir. Ukrayna ordusu canlı qüvvə və texnika ilə, ruslara ağır zərbələr endirir. İşğal olunmuş xətlərdə möhkəmlənməyə davam edəcəyik”, - Baş Qərargah bildirib.