İsrailin baş naziri Benyamin Netanyahu ilə ABŞ prezidenti Co Bayden arasında Qəzza zolağından İsrail ərazisinin kütləvi şəkildə atəşə tutulması ilə bağlı telefon danışığı olub.
Teleqraf.com xəbər verir ki, bu barədə İsrail hokümətinin mətbuat xidməti bildirib.
"ABŞ Prezidenti Co Bayden bu gün baş nazir Benyamin Netanyahuya zəng edərək ABŞ-ın İsrailin tərəfində olduğunu və İsrailin özünümüdafiə hüququnu tam dəstəklədiyini vurğuladı. Baş nazir Netanyahu ABŞ prezidenti Baydenə qeyd-şərtsiz dəstəyə görə təşəkkür etdi və İsrailin qalib gələcəyi güclü və davamlı kampaniyanın zəruri olduğunu açıqladı", - deyə qeyd olunub.